Formula 1 yürüşlərinin yeganə qadın pilotu haqqında film ekranlara çıxacaq
Formula 1 yürüşlərində xal toplamağa müvəffəq olmuş yeganə qadın pilot haqqında film iyunun 30-da ekranlara çıxacaq.

Riyana Hartli və Vinsent Tranın çəkdiyi sənədli filmdə Formula 1 çempionatı yürüşlərində xalq toplamağa nail olmuş yeganə qadın pilot olan Lella Lombardinin həyatından bəhs ediləcək. Lella Lombardi bu uğura 1975-ci ildə İspaniya Qran-prisində nail olub. O vaxt Lombardi finiş xəttinə altıncı çatmışdı.

Təəssüf ki, həmin yürüş faciə ilə yadda qalıb: distansiyanın 25-ci dövrəsində Ralf Ştommelen trasdan çıxıb, qəza nəticəsində 5 tamaşaçı həlak olub. Yarış dayandırılıb, pilotların hər birinə topladıqların xalların yarısı hesablanıb. Yarış dayandırılan anda 6-cı mövqedə olan Lombardinin aktivinə 0,5 xal yazılıb.

Formula 1 karyerası ərzində 17 Qran-pridə iştirak etmiş Lombardi bu yarışların 5-də təsnifat mərhələsindən keçə bilməyib.

Xəbər 551 dəfə oxundu.