Avro-2012: Pley-offda tam «Real» komandası
Avropa çempionatının 1/4 final mərhələsinə Madrid «Real»ından tam 11 futbolçu çıxıb. İspaniya çempionun 5 oyunçusu elə həmin ölkənin yığması ilə pley-off duelində qarşılaşıb. İdman.com.az saytının məlumatına görə, bunlar İker Kasilyas, Serxio Ramos, Xabi Alonso, Arbeloa və Raul Albioldur.

Portuqaliyanın 1/4 finala yüksəlməsində ən böyük pay sahibi olan üçlük «Real»dan olan Fabio Koentrao, Kriştiano Ronaldo və Pepe idi. Məsud Özil və Sami Xedira Almaniya yığması ilə çempionluq iddiasını davam etdirirlər. Kərim Benzema isə Fransa millisindən çıxış edib.

Bu cəhətdən davam yolunda oyunçu bolluğu ilə seçilən ikinci komanda Münhen «Bavariya»sıdır. Alman nəhəngindən 9 futbolçu çempionatda iddiasını saxlayır. «Çelsi», «Liverpul», «Mançester Siti», «Barselona» və «Yuventus»un hər birindən 7 futbolçu pley-offu adlayanlar sırasındadır.

Bu mərhələni liqalar üzrə nəzərdən keçirsək, ilk sıranı 40 futbolçu ilə İngiltərə Premyer Liqasının tutduğunu görərik. İspaniya La Liqasında 29, Almaniya Bundesliqasından 28, İtaliya «A» Seriyasından 24, Yunanıstan və Fransa çempionatlarından 16 futbolçunun adı var.

Xəbər 976 dəfə oxundu.