Uşaq Paralimpiya Komitəsinin “Valideyn klubu”nun onlayn iclası keçirilib
İyunun 1-də Uşaq Paralimpiya Komitəsinin “Valideyn klubu”nun onlayn iclası keçirilib.

İclasda bir sıra məsələlər müzakirə edilib, klubun reqlamenti təsdiqlənib. Valideyn klubu uşaq paralimpiyaçılarının təlim-məşqlərində iştirak etmək, asudə vaxtlarını, könüllülərlə iş və psixoloji konsultasiyalarının təşkilində fəaliyyət göstərəcək.

Könüllülərlə işin təşkilində “BİR könüllü”, DOST, Miqrasiya və ASAN könüllüləri ilə uşaq paralimpiyaçıların görüşlərinin, müxtəlif tədbir və layihələrin təşkili nəzərdə tutulub.

İclasda, həmçinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.


Xəbər 581 dəfə oxundu.