“Forbes” ən yüksək məvacibli idmançılarının illik siyahısını dərc edib
Nüfuzlu “Forbes” biznes-jurnalı 2020-ci ilin ən yüksək məvacibli idmançılarının illik siyahısını dərc edib. Siyahıda ilk yüzlükdə Formula 1 çempionatının üç pilotu da yer alıb.

İsveçrəli tennisçi Rocer Federer ilk dəfə olaraq, birinci sırada qərarlaşıb. Onun gəliri 106 milyon dollar dəyərləndirilir. Futbol ulduzları Kriştianu Ronaldo və Lionel Messi Federerdən bir qədər az qazanırlar. Ötən onilliyin yekunları üzrə reytinqdə onluğu bağlayan Formula 1 yürüşlərinin altıqat çempionu Luis Hemilton bu dəfə 54 milyon dollar göstərici ilə 13-cü yeri tutur.

Reytinqdə 32-ci yerdə “Ferrari”nin pilotu Sebastian Fetteldir. Onun qazancı 36,3 milyon ABŞ dollarına bərabərdir. 48-ci yeri avstraliyalı Daniel Rikkardo tutur. Ekspertlərin hesablamalarına görə, onun gəlirləri 29 milyon dollar həddindədir.

Xəbər 480 dəfə oxundu.