Donald Gerye “Neftçi” ilə vidalaşıb
Paytaxtın “Neftçi” futbol klubunun yarımmüdafiəçisi Donald Gerye komanda ilə vidalaşıb.

Bu barədə 31 yaşlı haitili yarımmüdafiəçi rəsmi “Instagram” səhifəsində yazıb: “Yeni bir başlanğıc vaxtıdır. Təşəkkürlər “Neftçi”, hər şey gözəl idi”.

Qeyd edək ki, D.Gerye ötən yaydan “Neftçi”nin şərəfini qoruyub. Yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi cari mövsümün sonunadək qüvvədə idi. Haiti millisinin üzvü daha əvvəl ölkəmizdə “Qarabağ”da da (2017-2019) çıxış edib.

Xəbər 482 dəfə oxundu.