“Bavariya” Bundesliqada yeni rekorda imza atıb
Almaniya Bundesliqasının 29-cu turunda “Fortuna” üzərində qələbə qazanmaq (5:0) “Bavariya” üçün əlamətdar olub.

Münxen klubu cari mövsümdə vurduğu qolların sayını 86-ya çatdırıb. Bu, Almaniya çempionatları tarixində yeni rekorddur. İndiyədək heç bir klub 29 turadək bu qədər qola imza atmayıb.

Almaniya çempionatları tarixində ən yaxşı nəticə isə 1973-1974 mövsümündə məhz “Bavariya”ya məxsus olub. Münxen təmsilçisi həmin mövsümdə 29 oyuna 84 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 572 dəfə oxundu.