Akvatlon üzrə dünya çempionatı təxirə salınıb
Niderlandın Almere şəhərində keçirilməsi nəzərdə tutulan akvatlon üzrə dünya çempionatı təxirə salınıb.

Sentyabrın 4-13-nə planlaşdırılan yarışı Beynəlxalq Triatlon Şurası koronavirus pandemiyasına görə ləğv edib. Beynəlxalq qurum çempionatın gələn il keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, ötən il təşkil olunan analoji yarışda Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov qızıl medal qazanıb.

Xəbər 493 dəfə oxundu.