Bakı Olimpiya Stadionundakı məşq meydançaları fəaliyyətini bərpa edir
İyunun 1-dən Bakı Olimpiya Stadionundakı (BOS) açıq futbol - məşq meydançaları fəaliyyətini yenidən davam etdirəcək.

Bu barədə BOS-un rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Altmış səkkiz min tamaşaçı tutumuna malik arena birinci Avropa, dördüncü İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış mərasimlərinə, ötən il isə UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edib.

Xəbər 475 dəfə oxundu.