Gilbert Burns UFC-nin əsas turnirində Tayron Vudlini məğlub edib
Braziliyalı Gilbert Burns UFC-nin (Mütləq Döyüş Çempionatı) “ESPN 9” turnirində ağır çəki dərəcəsində amerikalı Tayron Vudlini məğlub edib.

Döyüş Las Veqasda UFC-nin “Apeks” məşq kompleksində tamaşaçısız keçirilib. Beş raund davam edən döyüşdə hakimlər yekdil rəylə qələbəni G.Burnsa veriblər.

Otuz üç yaşlı braziliyalı döyüşçü karyerası ərzində keçirdiyi 21 döyüşün 18-də qələbə qazanıb. Otuz səkkiz yaşlı amerikalı MMA ustası isə 19 döyüşdə qalib gəlib, beşinci məğlubiyyətini yaşayıb.

Bununla da, UFC koronavirus pandemiyasının yaratdığı fasilədən sonra dördüncü turnirini keçirib. İyunun 6-da Las Veqasda “UFC 250” turniri keçiriləcək.

Xəbər 469 dəfə oxundu.