Tomas Müller Bundesliqa tarixində rekorda imza atıb
Almaniya Bundesliqasının XXIX turunda “Bavariya” doğma meydanda “Fortuna” klubunu qəbul edib.

Matçda Münxen təmsilçisi 5:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada “Bavariya”nın hücumçusu Tomas Müller 18-ci qol ötürməsini edib. Otuz yaşlı hücumçu görüşün 43-cü dəqiqəsində komanda yoldaşı Robert Levandovskiyə məhsuldar ötürmə edib.

Bu, T.Müllerin cari mövsümdə 18-ci asisti olub. Almaniyalı hücumçu ötən 29 turda məhsuldar ötürmə sayına görə Bundesliqada yeni rekorda imza atıb (göstəricilər çempionatın 2004-2005-ci il mövsümündən etibarən nəzərə alınır).

Xatırladaq ki, T.Müller 2008-ci ildə Münxen klubunda debüt edib. Hücumçu cari ilin aprelində “Bavariya” klubu ilə 2023-cü ilin yayınadək müqaviləsini uzadıb.

Xəbər 487 dəfə oxundu.