“Trabzonspor” Joao Pereyra ilə müqaviləni uzadıb
Türkiyənin “Trabzonspor” klubu futbolçusu Joao Pereyra ilə müqaviləni uzadıb.

36 yaşlı müdafiəçinin müqaviləsinin müddəti daha bir il artırılıb. Portuqaliyalı müdafiəçi 2020-2021-ci il mövsümündə 500 min avro qazanacaq.

Qeyd edək ki, J.Pereyra cari mövsümdə “Trabzonspor”un heyətində keçirdiyi 22 matçda bir qol vurub və dörd məhsuldar ötürmə edib.

Xəbər 503 dəfə oxundu.