Avroliqada İtaliyanı daha bir klub təmsil edə bilər
Basketbol üzrə Avroliqada daha bir İtaliya komandası mübarizə apara bilər.

Bu barədə qurumun prezidenti Jordi Bartomeu məlumat verib.

Onun sözlərinə görə, qəhvə istehsalı ilə məşğul olan şirkətlərdən birinin “Virtus”a sahib çıxması Bolonya klubunun iddiasını artırıb. Belə ki, məqsəd qitə turnirində çıxış etməkdir.

Bolonyada 15 minlik arenanın inşası nəzərdə tutulur və səlahiyyət sahibləri liqada İtaliyanın daha bir komandasını görmək istəyir.

Hazırda Avroliqada İtaliyanı yalnız “Milan” klubu təmsil edir.

Xəbər 523 dəfə oxundu.