İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb
Futbol üzrə İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb.

Çempionatın tarixində ən məhsuldar komanda “Mançester Yunayted” klubudur. “Qırmızı şeytanlar” 2000 qolla tarixə düşüblər. İkinci pillədə 16 ildir çempionluğa həsrət qalan “Arsenal” komandası qərarlaşıb - 1895 qol. Üçüncü pillədə isə “Liverpul” komandası qərarlaşıb. Cari çempionatın lideri Premyer Liqa tarixində rəqib qapısına 1840 dəfə yol tapıb.

Xəbər 503 dəfə oxundu.