Azərbaycan Premyer Liqasının bərpası məsələsi müzakirə olunacaq
Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Saat 12.00-da başlayacaq iclasda AFFA, Peşəkar Futbol Liqası və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcəklər.

Toplantıda Azərbaycan Premyer Liqa klubları məşqlərinin və oyunlarının mümkün bərpası məsələsi müzakirə olunacaq.

Xəbər 498 dəfə oxundu.