“Real” Azərbaycan millisinin sabiq müdafiəçisi ilə müqaviləni yeniləyib
İspaniyanın “Real” basketbol klubu Azərbaycan millisinin sabiq müdafiəçisi Ceysi Kerroll ilə müqaviləni yeniləyib.

Bu mövsüm 37 yaşlı basketbolçu Avroliqada hər oyuna orta hesabla 7,5 xalla yadda qalıb. C.Kerroll karyerasını bitirməyə hazırlaşırdı. Amma mövsümün yarımçıq dayandırılması basketbolçunu qərarını dəyişməyə vadar edib.

Qeyd edək ki, basketbolçu son 9 ildə “Real”da çıxış edir. 2013-cü ildə o, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin də şərəfini qoruyub.


Xəbər 570 dəfə oxundu.