Avropa çempionatının ən güclü E qrupunda 30 şahmatçımız mübarizə aparacaq
Mayın 29-da şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının ən güclü E qrupunun seçmə yarışları start götürür.

Avropa ölkələrindən reytinqi 2300-dən yuxarı olan şahmatçılar arasında Azərbaycanın 30 təmsilçisi mübarizə aparacaq. Onların arasında tanınmış şahmatçılarımız Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abasov da var.

Xatırladaq ki, şahmatçılarımızdan Gülsənəm Ağayeva (A qrupu) qızların yarışında qızıl medala sahib olub. Elnur Mehtiyev isə C qrupunun qalibi adına layiq görülüb. Turnirin D qrupunda mübarizə aparmış şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.

Xəbər 487 dəfə oxundu.