“Qarabağ” Almaniya Bundesliqasından qapıçı alıb
Ağdamın “Qarabağ” klubu 2012/2013 mövsümü üçün transfer çalışmalarını sürətlə davam edir. İdman.com.az saytının məlumatına görə, Elnur Abdulovun ardından daha bir keçid rəsmiləşib.

“Ağlar” dünyanın ən güclü çempionatlarından sayılan Almaniya Bundesliqasından oyunçu transfer edib. “Qarabağ” cari mövsüm “Köln”ün şərəfini qorumuş və 2 matçda start heyətində çıxmış xorvatiyalı Miro Varvodiçi sıralarına qatıb.

1989-cu il təvəllüdlü qolkiper 191 sm boy malikdir. “Köln”ə qədər ölkəsində “Hayduk”un futbolçusu olub. Varvodiçlə 2 illik müqavilə bağlanıb.

Xəbər 1187 dəfə oxundu.