Fiqurlu konkisürmə üzrə Kanadada keçirilməli olan Qran-Pri ləğv edilib
Kanadanın Riçmond şəhərində avqustun 26-29-da keçirilməsi planlaşdırılan yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının mərhələsi ləğv edilib.

Bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Kanada Fiqurlu Konkisürmə Federasiyası davam edən koronavirus pandemiyası səbəbindən mərhələni ləğv etmək barədə qərar qəbul edib. Bundan əvvəl, Slovakiyada sentyabrın 2-5-də keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-Pri mərhələsi də ləğv edilmişdi.

AZƏRTAC

Xəbər 469 dəfə oxundu.