Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib
Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib.

Bu barədə “Sportando” basketbol portalının rəhbəri Emiliano Karçia “Twitter”də bildirib. O qeyd edib ki, Avrokuboklarda cari mövsümün ləğv olunması ilə bağlı qərar bazar ertəsi Avroliqa Şurasının iclasında verilib.

Bundan əvvəl Avroliqa prezidenti Jordi Bertomeu cari mövsümün erkən başa çatdırılmasını təklif etmişdi.

Qeyd edək ki, Avroliqa mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Avroliqa müntəzəm çempionatının nəzərdə tutulan 34 matçından yalnız 28-i keçirilib.

Xəbər 529 dəfə oxundu.