Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib
Yaponiya beysbol liqası iyunun 19-da milli çempionatı başlamağa qərar verib.

Bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, çempionatın ilk oyunları koronavirusa yoluxma hallarının qarşısını almaq üçün boş tribunalarda keçiriləcək.

Xatırladaq ki, Yaponiya beysbol çempionatının martda başlaması planlaşdırılsa da, koronavirusla bağlı vəziyyətə görə qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Xəbər 485 dəfə oxundu.