Avropa çempionatının C qrupunun final yarışında 11 şahmatçımız mübarizə aparacaq
Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının C qrupunun (reytinqi 2000-ə qədər olan şahmatçılar) seçmə mərhələsi keçirilib.

Seçmə mərhələsində uğurla çıxış etmiş 250 şahmatçı qitə çempionatının finalına vəsiqə qazanıb. Onların sırasında Azərbaycan təmsilçiləri Mələk İsmayıl, Atilla Eynullayev, Elnur Mehtiyev, Altay Eynullayev, İsmayıl Qurbanov, Cavanşir Bağırov, Firuz İsmayılov, Ümid Aslanov, İlyas Qarayev, Qara Balacayev və Şəmsəddin Hüseynovun adları da var.

Final görüşləri bu gün keçiriləcək.

Qeyd edək ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub.

Xəbər 493 dəfə oxundu.