"IndyCar" təqvimə düzəliş edir, lakin mövsüm iyunun 6-da başlayır
ABŞ-ın "IndyCar" seriyasının təşkilatçıları 2020-ci il üçün təqvimin yeni versiyasını açıqlayıblar. Həmin versiyaya görə, pandemiya səbəbindən Riçmond və Toronto yürüşlərindən imtina etmək lazım gəlib.

Mövsümün iyunun 6-da Texasda start götürəcəyi təsdiq edilib. Fort-Uort şəhərinin oval avtodromunda projektorların işığında axşam yürüşü keçiriləcək, növbəti mərhələ isə yalnız bir ay sonra İndianapolisdə nəzərdə tutulub, lakin oval avtodromda deyil, konfiqurasiyasına görə vaxtilə Formula 1-in keçirildiyi trası xatırladan trasda.

Daha sonra iyulun 11-də və 12-də Viskonsin ştatında "Road America" tipli trasda ikili mərhələ nəzərdə tutulub. Toronto şəhərindəki yürüşü məhz o əvəzləyib. Yeri gəlmişkən, Kanada promouterləri əvvəlki kimi onu daha gec tarixə keçirmək imkanı axtarırlar.

Cəmi 15 mərhələ planlaşdırılıb, onlardan üçü qoşadır: Viskonsin, Ayova və Kaliforniya. İndianapolisdə üç yürüş keçiriləcək: iyulun 4-də, oktyabrın 3-də, habelə avqustun 23-də "Indy 500" təyin edilib.

Mövsümün finalı oktyabrın 25-də Florida ştatının Sent-Pitersberq trasında olacaq.


Xəbər 507 dəfə oxundu.