Denni Hemlin Darlinqtondakı NASCAR yürüşünün qalibi olub
ABŞ-da Darlinqton trasında NASCAR avtoyürüş seriyasının növbəti mərhələsi keçirilib.

Güclü yağış səbəbindən yarış finişə 22 dövrə qalmış dayandırılıb. Yarışın qalibi Denni Hemlin olub. Kayl Buş yarışı ikinci, Kevin Harvik isə yarışı üçüncü pillədə başa vurublar.

Ümumu sıralamada K.Harvik 258 xalla birinci pillədə qərarlaşıb. Hesabında 224 xal olan Coul Loqano ikinci, Aleks Bouman isə 219 xalla üçüncüdür.

Növbəti yarış mayın 24-də ABŞ-dakı Şarlot Motor Spidvey trasında təşkil olunacaq.

Xəbər 20 dəfə oxundu.