Valtteri Bottas növbəti mövsüm “Reno” komandasında çıxış edə bilər
“Mercedes”in pilotu Valtteri Bottas növbəti mövsüm “Reno” komandasına keçə bilər.

Artıq finlandiyalı pilotun agenti Didye Koton “Reno”nun rəhbəri Siril Abitebulla danışıqlar aparır.

D.Koton “Mercedes”in rəhbəri Toto Volffun biznes tərəfdaşlarından biridir. Görünür, V.Bottas Luis Hamiltonla layiqincə rəqabət apara bilmədiyindən hər iki tərəf münasibətlərə son qoymağı qərara alıb. T.Volff isə mətbuata açıqlamasında indiki mövsümün hələ startı verilməmiş gələn il üçün heyətlərini açıqlamayacaqlarını söyləyib. Deyilənə görə, “Daimler” şirkəti “Ferrari”dən ayrılacaq Sebastyan Fetteli komandaya cəlb etməyi T.Volffa tapşırmaq istəyir. Amma L.Hamiltonla birgə “Mercedes”in icraçı direktoru bunun əleyhinədir.

Xəbər 426 dəfə oxundu.