“Zirə” klubu Emil Balayevi heyətində saxlamaq istəyir
“Zirə” futbol klubu mövsümün sonunda müqaviləsi başa çatacaq Emil Balayevi komandada saxlamaq istəyir.

Bakı təmsilçisi 26 yaşlı qolkiperə yeni müqavilə təklif edəcək.

Azərbaycan millisinin üzvü xarici klubların da maraq dairəsindədir.

Xatırladaq ki, E.Balayev Qazaxıstanın “Tobol” klubundan ayrıldıqdan sonra martın 3-ü “Zirə” ilə müqavilə imzalayıb. O, komandada 1 oyun keçirib.

Xəbər 508 dəfə oxundu.