“Reno” Formula 1-dəki komandasını sata bilər
Son günlər Formula 1-də mövsümün startından daha çox komandalar daxilində yerdəyişmələr əsas müzakirə mövzusuna çevrilib. Üstləlik, “Reno”nun satılacağı ilə bağlı xəbərlər avtoidman dünyasında geniş əks-səda doğurub.

Qarşıdakı illərdə “Reno” Formula 1-də çıxışını dayandırmaq niyyətindədir. Daha doğrusu, fransalılar yarışda öz yerini başqa komandaya satmağı planlaşdırır. Bu məsələ ilə bağlı mayın 27-də Parisdə “Reno”, “Nissan” və “Mitsubişi” avtomobil şirkətləri birgə mətbuat konfransı təşkil edəcək. Pandemiyaya görə maliyyə böhranı yaşayan bu şirkətlər gələcək planları barədə ictimaiyyətə məlumat verəcəklər. Məhz orada “Reno”nun satılacağı elan ediləcək.

Avropa mətbuatının yazdığına görə, “Reno” Formula 1-də komanda ilə təmsil olunmasa da, çempionatın bolidləri üçün mühərrik istehsalını davam etdirəcək.

Xəbər 499 dəfə oxundu.