Formula 1 İtaliya Qran-Prisi azarkeşlərin iştirakı ilə keçirilə bilər
Formula 1 İtaliya Qran-Prisinin təşkilatçıları koronavirus pandemiyasına baxmayaraq, yarışın azarkeşlərlə keçirilməsini istəyirlər.

Sentyabrın əvvəlində keçirilməsi planlaşdırılan yürüşə bilet satışı davam edir.

Niderlandın “Algemeen Dagblad” nəşrinin məlumatına görə, təşkilatçılar yarışın azarkeşlərin iştirakı ilə keçirilməsi üçün müxtəlif variantlar üzərində işləyirlər.

Qeyd edək ki, İtaliyada 227 min 364 nəfər koronavirus infeksiyasına yoluxub.

Xəbər 481 dəfə oxundu.