“Barselona” klubu qapıçısı Andre ter Ştegenlə razılığa gəlib
İspaniyanın “Barselona” futbol klubu qapıçısı Andre ter Ştegenlə danışıqları yekunlaşdırmaq üzrədir.

Tərəflər arasında ilkin razılıq əldə olunub.

Kataloniya təmsilçisinin almaniyalı qolkiperə beşillik müqavilə təklif etdiyi bildirilib.

Daha əvvəl “Barselona”da illik 10 milyon avro qazanan futbolçu maaşının 18 milyona qaldırılmasını tələb etmişdi. Artıq klubla qapıçının bu məsələdə də ortaq məxrəcə gəldiyi qeyd olunub.
Ter Ştegenin “Barselona” ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.


Xəbər 17 dəfə oxundu.