Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib
Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib.

Braziliyalı yarımmüdafiəçi komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə çatdırıb. Cənubi amerikalı legioner bir il qüvvədə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmək istəyir.

İndiyədək “Neftçi”də müxtəlif vaxtlarda iki dəfə oynamış futbolçunun Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin klublarından birinə keçəcəyi gözlənilir.

Xəbər 507 dəfə oxundu.