Bundesliqanın 27-ci və 28-ci turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq
Bundesliqanın 27-ci və 28-ci turunun oyunları koronavirusdan ölənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

Bunu Almaniya Futbol Liqasının (DFL) prezidenti Kristian Zayfert deyib.

K.Zayfert bildirib ki, koronavirus infeksiyası çox insanın həyatına son qoyub. DFL olaraq infeksiyadan ölənlərin xatirəsini yad etmək istəyirik. İlk öncə bütün həkimlərə öz minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya çempionatı mayın 16-da bərpa olunub.

Xəbər 520 dəfə oxundu.