Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb
Noyabrda Kazanda keçirilməsi nəzərdə tutulan qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb.

Bu barədə Avropa Üzgüçülük Liqası (LEN) məlumat yayıb. Məlumatda qitə birinciliyinin gələn il noyabrın 2-7-də keçiriləcəyi qeyd olunub.

Bir neçə gün əvvəl dekabrda keçirilməsi planlaşdırılan qısa hovuzda üzgüçülük üzrə dünya çempionatı da koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınmışdı. Beynəlxalq Üzgüçülük Federasiyasının qərarına əsasən, dünya çempionatı gələn il dekabrın 13-dən 18-dək Abu-Dabidə keçiriləcək.

Xəbər 627 dəfə oxundu.