Virtual Monako Qran-Prisində 8 Formula 1 pilotu gücünü sınayacaq
Mayın 24-də virtual Formula 1 Monako Qran-Prisi təşkil olunacaq.

F1 Esports Virtual Grand Prix çempionatı çərçivəsində “F1 2019” oyun bazasında keçiriləcək yarışda 8 Formula 1 pilotu iştirak edəcək. Bunlar Şarl Lekler, Aleks Elbon, Lando Norris, Antonio Covinatsi, Corc Rassell, Nikolas Latifidir, Esteban Okon və Valtteri Bottasdır. E.Okon və V.Bottas virtual yarışlarda debüt edəcəklər.

Monako Qran-Prisində Formula 1 pilotları ilə yanaşı, digər avtomobil seriyasının sürücüləri və tanınmış futbolçular güclərini sınayacaqlar.

Xəbər 487 dəfə oxundu.