Macarıstanda şou xarakterli “Budapest Kupa-2020” tennis turniri start götürür
Mayın 22-də Macarıstanda qarışıq cütlüklər arasında tennis üzrə şou xarakterli “Budapest Kupa-2020” turniri start götürəcək.

Turnirdə 6 cütlük birincilik uğrunda mübarizə aparacaq.

Turnirdə ukraynalı Sergey Staxovskiydən başqa digər idmançılar Macarıstanı təmsil edəcək. Turnirdə Timya Baboş, Fanni Ştollyar, Marton Fuçoviç və Attila Balaj kimi məşhur raketka ustaları yarışacaqlar.

Yarışa mayın 24-də yekun vurulacaq.

Qeyd edək ki, şou xarakterli tennis turnirləri artıq Almaniya və ABŞ-da da təşkil olunub. Yayın əvvəlində isə İspaniya və İtaliyada da keçiriləcək.

Xəbər 594 dəfə oxundu.