Formula 1:Mövsümün Avropa hissəsinin təqvimi iyunda açıqlanacaq
Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.

Çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.

Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.

Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.

Xəbər 15 dəfə oxundu.