Karate üzrə azərbaycanlı hakim Avropa Hakimlər Komissiyasına üzv seçilib
Karate üzrə azərbaycanlı beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Hakimlər Komissiyasına üzv seçilib.

Bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib. O, qeyd edib ki, federasiyanın Hakimlər Komitəsinin sədri, Əməkdar məşqçi C.Babayevin Avropa qitəsinin 55 ölkəsindən 10 nəfərin yer aldığı komissiyaya üzv seçilməsi əlamətdar hadisədir. İlk dəfədir ki, Azərbaycan nümayəndəsi komissiyada təmsil olunur. Bu, həmçinin olimpiya oyunlarında azərbaycanlı hakimin iştirakı üçün geniş imkanlar yaradacaq.

AZƏRTAC

Xəbər 545 dəfə oxundu.