İyunun ortalarında MBA-da çempionatın təqviminin müəyyənləşməsi ehtimal olunur
İyunun ortalarında MBA-da çempionatın təqviminin müəyyənləşməsi ehtimal olunur.

Artıq liqa rəhbərliyi təqvimlə bağlı müzakirələr aparır. İndiki məqamda yeganə çətinlik mövsümün bərpasının elan edilməsidir. Çox güman ki, iyunun əvvəlində bu məsələyə də aydınlıq gələcək.

Amerikalı basketbol şərhçisi Brayan Uindhorst bildirib ki, mövsümün davam etdirilməsinə ümid böyükdür. Çünki koronavirus Amerikada pik dövrünü keçib.

Xəbər 488 dəfə oxundu.