“Keşlə”nin futbolçusu dörd ölkədən təklif alıb
“Keşlə” futbol klubunun üzvü, milli komandamızın oyunçusu Ruslan Qurbanov ölkə xaricində oynamaq istəyir.

Mayın 31-də hazırkı klubu ilə müqaviləsi başa çatacaq hücumçu Qazaxıstan, Rusiya, Belarus və Türkiyə klublarında təklif aldığını bildirib. Hazırda menecerinin həmin klublarla danışıqlar apardığını deyən R.Qurbanov böyük ehtimalla karyerasını ölkəmizdən kənarda davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, R.Qurbanov ötən ildən “Keşlə”nin formasını geyinir.

Xəbər 19 dəfə oxundu.