Şahmatın blits növü üzrə onlayn Azərbaycan-Türkiyə dostluq görüşü start götürür
Mayın 21-də şahmatın blits növü üzrə onlayn Azərbaycan-Türkiyə dostluq görüşü start götürür.

Azsport.az Naxçıvan Şahmat Federasiyasının (NŞF) rəsmi saytına istinadla xəbər verir ki, turnirdə federasiyanın, Bakının “Grand Master” şahmat klubunun, Quba Şahmat Məktəbinin və Hatayın Şah Şahmat Klubunun (Türkiyə) təmsilçiləri iştirak edəcəklər. “Evdə qal şahmat oyna” devizi altında keçirilən yarış Lichess portalı üzərindən təşkil ediləcək.

Xəbər 500 dəfə oxundu.