MBA-da mövsüm bərpa ediləndən sonra oyunlar Hyustonda keçirilə bilər
Milli Basketbol Assosiasiyasında (MBA) mövsüm bərpa ediləndən sonra oyunlar Hyuston şəhərində keçirilə bilər.

Şəhərin iki arenası çempionata ev sahibliyi etməyə hazırdır. Mayın sonunda Texas ştatında idman tədbirlərinin keçirilməsinə icazə veriləcək. Məlumatı ştatın qubernatoru da təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Orlando və Las-Veqas variantları da nəzərdən keçirilirdi.

Xəbər 494 dəfə oxundu.