“Sabah” klubu növbəti mövsüm üçün ilk transferini reallaşdırıb
Bakının “Sabah” klubu növbəti mövsüm üçün ilk transferini reallaşdırıb.

Gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı “Qəbələ” klubu ilə razılıq əldə olunub. İyirmi bir yaşlı futbolçu ilə üçillik müqavilə imzalanıb. Müqavilə 2019-2020-ci il mövsümündən sonra qüvvəyə minəcək.

Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, 2017-2018-ci il mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycanın U-21 millisinin üzvüdür.

Xəbər 528 dəfə oxundu.