Avro-2012: Ən gözəl qolu seçə bilmədilər
Avro-2012-nin qrup mərhələsinin sonunda ən gözəl 5 qolu seçən İtaliyanın «El Giornale» qəzeti ən yaxşının seçimində isveçli Zlatan İbrahimoviçlə italyan Mario Balotellinin qolları arasında qərarsız qalıb. İdman.com.az saytının məlumatına görə, isveçli qolçunun ev sahibi Ukraynanın qapısına göndərdiyi top siyahının ilk pilləsini irlandların qapısına vurduğu qayçı qolu ilə eyni səs toplayıb.

Niderlandlıların qapısından iki top keçirən portuqaliyalı qol kralı Kriştian Ronaldu həmin qollardan ikincisi ilə siyahıda üçüncü pilləni tutub. Daha bir dubl etmiş ulduz – ukraynalı Andrey Şevçenko də isveçli Zalatan İbrahimoviçə cavab olaraq vurduğu qolların ikincisi ilə 4-cü pillədə yer alıb. Beşliyi ingilis Danni Uelbek qapayır. İsveç yığması ilə oyunda o, topu qapıya topuğuyla göndərmişdi.

Xəbər 1244 dəfə oxundu.