“Bavariya” klubu qapıçı Manuel Noyerlə yeni müqavilə imzalayıb
Almaniyanın “Bavariya” futbol klubu qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalayıb.

34 yaşlı qolkiper yeni müqaviləsinə əsasən, 2023-cü ilin iyununadək komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, almaniyalı futbolçu 2011-ci ildən Münhen klubunda çıxış edir.

Xəbər 529 dəfə oxundu.