“Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirinin daha 4 oyunları keçirilib
Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen tərəfindən təşkil edilən “Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirinin daha dörd turunun oyunları keçirilib.

Rapid üzrə yarışın növbəti 4 turunda aktivlərinə daha 2,5 xal yazdıran amerikalı şahmatçı Hikaru Nakamura və rusiyalı Sergey Karyakin bu nəticə ilə turnir cədvəlinin ilk pillələrində qərarlaşıblar. Onlardan 1 xal geridə qalan Maqnus Karlsen və ABŞ-ın digər təmsilçisi Uesli So sonrakı iki yeri tuturlar.

Qeyd edək ki, yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir.


Xəbər 502 dəfə oxundu.