Azərbaycan yığmasının sabiq məşqçisi Robert Prosineçki: Mənə görə, Messi ən yaxşı futbolçudur
Azərbaycan yığmasının sabiq məşqçisi Robert Prosineçki "Barselona" klubunun hücumçusu Lionel Messini futbol tarixində ən yaxşı oyunçu adlandırıb.

"Mundo Deportivo" nəşri onun bu sözlərini sitat gətirib: "Mənə görə, Messi ən yaxşı futbolçudur. Bunca ildir "Barselona" klubunun nəticələrini o müəyyən edir. O, mümkün olan bütün mükafatları qazanıb, o qədər sayda qol vurub, o qədər ötürmə edib. Hələ necə fitbol oynadığını demirəm.

Bəziləri Maradonanın və ya Ronaldonun adlarını çəkəcəklər, lakin mənim üçün Leo indiyədək olanlar və indi olanlar arasında ən yaxşı oyunçudur. Çoxları Kriştianu Ronaldunu, yaxud braziliyalı Ronaldonu, - onlar da az qala bütün mükafatları qazanıblar, - xatırlayacaqlar. Lakin hər hansı birini seçmək lazım gəlsə, o, Messidir".

Prosineçki 2019-cu ildən Türkiyənin "Kayzerispor" klubuna başçılıq edir.

Xəbər 650 dəfə oxundu.