“Borussiya Dortmund”un hücumçusu Marko Roys mövsümü erkən bitirə bilər
Almaniyanın “Borussiya Dortmund” klubunun cari ilin fevralında zədələnən hücumçusu Marko Roysun durumu ciddidir.

Hələ də bud əzələsindəki zədəsi sağalmayan futbolçu mayın 26-da “Bavariya” ilə qarşılaşmanı da buraxacaq. Hətta 30 yaşlı futbolçunun mövsümün sonunadək meydana çıxa bilməyəcəyi da gözlənilir.

Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm Bundesliqada 19 oyuna 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər 605 dəfə oxundu.