Azərbaycanın namizədliyi ayın sonu təsdiqlənə bilər
UEFA-nın İcraiyyə Komitəsinin üzvləri iyunun 30-da Ukraynanın paytaxtı Kiyevdə bir araya gələcəklər. İdman.com.az saytının məlumatına görə, qurumun növbəti yığıncağında Avro-2020 ilə bağlı məsələlər, reqlament və təqvim müzakirə olunacaq.

UEFA prezidenti Mişel Platininin sədrliyi ilə keçiriləcək toplantı “İntercontinental” otelində olacaq. Orada Azərbaycanın Gürcüstanla birgə Avro-2020-ni keçirməyə namizədliyinə baxılaraq, rəsmən təsdiqlənəcək.

Gündəlikdə duran məsələlər həmin turnirin keçirilməyi ilə bağlı iştirak ərizələrin qeydiyyatdan keçməyi, prosedura qaydaları ilə yanaşı, UEFA Superkuboku uğrunda 2014 və 2015-ci illərdə keçiriləcək oyunlarının yerinin müəyyənləşdirilməyi, Avro-2012-nin yekunu ilə komandalara ödənişlərin bölüşdürülməyi mexanizmi və sairdir.

Qeyd edək ki, UEFA-nın bundan sonrakı iclası oktyabrın 1 və 2-də Sankt-Peterburqda olacaq.

Xəbər 1117 dəfə oxundu.