Dastin Porye iyunda növbəti döyüşünə çıxmaq istəyir
UFC versiyasında yüngül çəkidə sabiq dünya çempionu Dastin Porye iyunda növbəti döyüşünü keçirmək istəyir.

Sonuncu dəfə ötən ilin sentyabrında Əbu-Dabidə keçirilən görüşdə Həbib Nurməhəmmədova məğlub olan amerikalı döyüş ustası hazırda öz çəki dərəcəsində reytinqdə 3-cü pillədə qərarlaşıb. O, UFC-nin ümumi kateqoriyalar üzrə siyahısında isə 12-ci sıradadır.

Xatırladaq ki, plana əsasən D.Porye mayın sonlarında ABŞ-ın San-Dieqo şəhərində Yeni Zelandiya təmsilçisi Den Hukerlə qarşılaşmalı idi. Amma pandemiyaya görə həmin döyüş qeyri-müəyyən müddətə təxirə salınıb.

Xəbər 508 dəfə oxundu.