“Qəbələ” Azərbaycan kubokunda keçirdiyi 66 matçda 112 qol vurub
Azərbaycan kuboku yarışlarının 2005-2006-cı il mövsümündə debüt edən “Qəbələ” klubu indiyədək keçirdiyi 66 matçda 112 qol vurub.

Bunlardan ikisi rəqiblərin avtoqolu olsa da, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.

Komandanın kubok yarışlarındakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqləniblər. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıblar. Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdur. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidir.

Xəbər 506 dəfə oxundu.