“Neftçi” U-21 yığmamızın sabiq üzvünü heyətinə qatmaq istəyir
“Neftçi” klubu U-21 yığmamızın keçmiş üzvü Timur Temeltaşı heyətinə qatmaq istəyir.

Hazırda Türkiyənin aşağı liqasında mübarizə aparan “Ümraniyəspor”un hücumçusunun transferi mövsümün sonunda gerçəkləşə bilər. Bu barədə futbolçunun özü məlumat verib.

Xatırladaq ki, “Neftçi” mövsümün əvvəlində Timur Temeltaşı heyətinə qatmaq istəsə də, klubu ilə müqaviləsinin olduğuna görə keçid baş tutmamışdı.

Xəbər 512 dəfə oxundu.