Bakının “Azərreyl” voleybol klubu növbəti transferini rəsmiləşdirib
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini rəsmiləşdirib.

Komandanın Azərbaycan millisinin üzvü Kseniya Pavlenko ilə danışıqları müsbət yekunlaşıb.

İyirmi yeddi yaşlı blokçu “Azərreyl” ilə müqaviləsini yeniləyib. Belə ki, K.Pavlenko daha 1 il Bakı təmsilçisinin şərəfini qoruyacaq.

Ölkəmizi Çağırış kuboku yarışlarında təmsil edəcək “Azərreyl” daha əvvəl sloveniyalı Moytsa Pene, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə müqavilə imzalayıb.

Xəbər 524 dəfə oxundu.